Almaniya bu il LNG idxalına başlamaq planlarını təxirə sala bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Almaniya bu il LNG idxalına başlamaq planlarını təxirə sala bilər

Müəllif - Aida İsaq, Banco.az

Almaniyanın bu il mayeləşdirilmiş təbii qazın (LNG) idxalına başlamaq planları təxirə düşə bilər. 

Banco.az xəbər verir ki, bunan səbəb hava şəraitinin pisləşməsidir. Hazırda güclü külək, aşağı temperatur səbəbindən terminallarda işlər dayandırılıb. Eyni zamanda ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsi də gecikə bilər.

Müvafiq layihənin icraçılarından olan "Uniper" şirkətinin baş direktoru Klaus-Diter Mobax gözlənilməz hava şəraitinin işləri bir qədər axsatdığını təsdiqləyib. Bununla yanaşı, o, layihənin tikintisinin cari ildə başa çatdırılacağından əmin olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram