Aİ-dən sonra G7 və Avstraliya da rus neftinin yuxarı qiymət həddində razılaşıb | Banco.az

Aİ-dən sonra G7 və Avstraliya da rus neftinin yuxarı qiymət həddində razılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) ardınca G7-yə üzv ölkələr və Avstraliya da Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel maskimal qiymət tətbiq etmək barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, G7-yə üzv dövlətlərin yaydığı bəyanatda Aİ-nin də oxşar addım atdığı vurğulanmaqla Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollarlıq qiymət həddinin tətbiqi ilə bağlı konsensusun əldə edildiyi bildirilib.

Bu qərarla G7 ölkələrinin Rusiyanın Ukrayna müharibəsində qazanc mənbələrini azaltmaq üzrə öhdəliklərini yerinə yetirdiyi diqqətə çatdırılaraq bunun Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirmək məqsədi daşıdığı bildirilib.

Bəyanatda sözügedən qərarın bugündən (5 dekabr) etibarən qüvvəyə minəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram