Bu muzeydə səhv tərcümə olunmuş cümlələr nümayiş olunacaq | Banco.az

Bu muzeydə səhv tərcümə olunmuş cümlələr nümayiş olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səhv tərcümələrin nümayiş olunduğu muzey tamaşaçılarının yolunu gözləyir.

Banco.az xəbər verir ki, “Duolingo” saytı insanları səhv yazılmış cümlələri nümayiş etdirdiyi Yaponiyadakı Səhv İngilis Muzeyinə dəvət edir.

Muzeydə yapon cümlələrini ingilis dilinə tərcümə edərkən sadə səhvlərin cümlələrə necə yeni məna verə biləcəyinə dair 16 nümunə nümayiş etdirilir. 

Muzeyin açılışını reklam çarxı ilə elan edən “Dualingo” bu işdə “UltraSuperNew Tokyo” agentliyi ilə əməkdaşlıq edir. Reklam çarxında bir qrup insanın muzeyi gəzib-dolaşaraq sərgini izlədiyi anlar əksini tapır. Onlar reklam çarxındakı işarəni oxuyarkən tərcümələrin nə qədər yanlış səsləndiyini görürlər.

Duolingo kampaniyası insanları xarici dil öyrənməyə, eləcə də mətni tərcümə edərkən daha diqqətli olmağa təşviq etmək məqsədi daşıyır. Bununla yanaşı, “Duolingo” istifadəçilərini “Twitter” hesablarında Yaponiyada gördükləri hər hansı digər səhv tərcümələri dərc etməyə dəvət edir. Ən yaxşı nümunələri muzeydə nümayiş etdirməyi planlaşdıran “Duolingo” qalibləri pulsuz bir aylıq “Super Duolingo” paketi ilə mükafatlandıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, muzey dekabrın 7-dək hər gün açıq olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram