Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının sanksiyaları qüvvəyə minməzdən əvvəlki Rus xam neftinin daşınma xərcləri sürətlə artır.
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Rusiya neftinə qarşı sanksiyaları qüvvəyə minməmişdən əvvəl Rusiya xam neftinin daşınma xərcləri sürətlə artmaqdadır. Buna görə də tanker sahibləri Rusiya xam neftinin ticarətindən yayınmağa başlayıblar.
Rusiya xam neftini yükləməyə hazır olanlar isə risk səbəbindən daha çox ödəniş tələb edirlər.
Gəmi brokerləri bildiriblər ki, Aİ-nin yeni məhdudiyyətləri qüvvəyə minəndən sonra, yəni 5 dekabrdan etibarən Baltik dənizindən Hindistana tariflər təxminən 15 milyon dollar səviyyəsində müzakirə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!