Bayden ABŞ-ın inflyasiya ilə mübarizədə uğur qazandığını açıqlayıb | Banco.az

Bayden ABŞ-ın inflyasiya ilə mübarizədə uğur qazandığını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Amerikada istehlak xərclərində və ümilikdə gəlirlər üzrə qeydə alınan göstəricilər milli iqtisadiyyatla bağlı müsbət siqnallar ötürür.

Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib. Prezident inflyasiya ilə mübarizədə müsbət əlamətlərin hiss olunduğunu qeyd edərək, ölkəsinin daha dayanıqlı iqtisadi artıma doğru irəlilədiyini açıqlayıb.

Bununla yanaşı, ABŞ ticarət departamentinin iqtisadi təhlil bürosunun dekabrın 1-nə olan hesabatına əsasən, cari ilin oktyabrında amerikalıların gəlirləri sentyabr ayı ilə müqayisədə 0,7%, istehlak xərcləri isə 0,8% artıb.

Oktyabrın ikinci yarısında isə Bayden ölkədə inflyasiya səviyyəsinin dünyanın əksər ölkələrindən daha aşağı olduğunu bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et