Müəllif - Aida İsaq, Banco.az
Fransada bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.
Banco.az xəbər verir ki, ölkənin elektrik şəbəkəsinin rəsmisi Xavier Piechazik bu qərarın aşağı temperaturla əlaqədar olduğunu bildirib. Beləliklə o, bəzi regionlarda pik saatlarda elektrik enerjisinin fasilələrlə kəsiləcəyini təsdiqləyib.
X.Pieshazik ilkin mərhələdə bu məhdudiyyətlərin maksimum on milyona qədər əhalini əhatə edəcəyini qeyd edərək, hərkəsi enerjiyə qənaət etməyə səsləyib. Beləliklə, məhdudiyyətləri bu formada azaltmaq mümkün ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!