Aİ Rusiyaya məxsus aktivləri müsadirə etməkdə çətinlik çəkir | Banco.az

Aİ Rusiyaya məxsus aktivləri müsadirə etməkdə çətinlik çəkir

Müəllif - Aida İsaq, Banco.az

Bir müddət əvvəl Rusiya mərkəzi bankının dondurulmuş aktivlərinin müharibədən əziyyət çəkən Ukraynanın bərpası üçün xərclənməsi gündəmdə idi. 

Banco.az xəbər verir ki, hazırda Aİ nümayəndələri bunun mümkün olmadığını eyni zamanda aktivləri müsadirə etməyin çətin olduğunu etiraf edib. Onlar bunu dövlətlərin beynəlxalq prinsiplərə əsaslanan toxunulmazlığı ilə əlaqələndirib. Bu vəziyyətdə Brüssel dondurulmuş aktivlərin likvid hissəsini idarə etməyi və investisiyalardan əldə olunan gəliri Ukraynaya kömək etmək üçün xüsusi fond yaratmağı təklif edib.

Aİ-nin hesablamalarına əsasən, hərbi əməliyyatlardan ölkəyə dəyən zərər 600 milyard avro təşkil edir. Müvafiq rəqəmləri isə noyabrın 30-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya yardım sxemi təklifi ilə çıxış edərkən açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram