Bu ölkə 2030-cu ilə qədər iqtisadiyyatında çevriliş edə bilər | Banco.az

Bu ölkə 2030-cu ilə qədər iqtisadiyyatında çevriliş edə bilər

Müəllif - Aida İsaq, Banco.az

Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına sahib ölkəyə çevrilə bilər.

Banco.az xəbər verir ki, adı çəkilən ölkənin Yaponiya və Almaniyanı üstələcəyi proqnozlaşdırılır. Məlumata görə, 2030-cu ilə qədər Cənubi Asiya ölkəsində nominal ümumi daxili məhsulun (ÜDM) artımı 6,3% səviyyəsinə yüksələrək, 2031-ci ilə qədər iki dəfədən çox artacaq.

Qeyd olunur ki, proqnozlar Hindistanda ticarət və maliyyə sektorunda inkişafın davamlı olması, əmək bazarında islahatların aparılması, habelə Hindistanda infrastruktura və insan kapitalına investisiyaların yatırılması halında özünü doğruldacaq. 

Bütün bunlarla yanaşı, “Morgan Stanley” analitiklərinin əksəriyyəti ölkənin qarşıdakı illərdə iqtisadi yüksəlişin zirvəsinə çatmaq üçün bütün şərtlərə cavab verdiyini düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram