ABŞ iqtisadiyyatı üçüncü rübdə 2,9 faiz artıb | Banco.az

ABŞ iqtisadiyyatı üçüncü rübdə 2,9 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yüksək faiz dərəcələrinə və xroniki inflyasiyaya baxmayaraq, ABŞ iqtisadiyyatı III rübdə 2,9 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul-sentyabr dövrü üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarının ikinci proqnozunu açıqlayıb.

Buna müvafiq olaraq, ilin üçüncü rübündə ABŞ-da ÜDM illik 2,9 faiz artım göstərib. Beləliklə, iqtisadiyyat ilk iki rübdəki daralmadan sonra ilk dəfə böyüyüb.

Oktyabr ayında ölkə ÜDM-si ilə bağlı açıqlanan ilk məlumatlarda iqtisadiyyatın üçüncü rübdə 2,6 faiz böyüdüyü qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

İyul-sentyabr dövründəki böyüməyə ixrac və istehlak xərclərindəki artımlar səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et