Sanksiyalar paketi Avropada iqtisadi inkişafın qarşısını alır | Banco.az

Sanksiyalar paketi Avropada iqtisadi inkişafın qarşısını alır

Müəllif - Aida İsaq, Banco.az

Rusiya neft məhsullarının dəniz yolu ilə daşınmasına tətbiq edilən qadağalar regiona öz mənfi təsirlərini göstərəcək. Belə ki, bu dizel yanacağında qıtlığın daha da dərinləşməsinə gətirib çıxaracaq.

Banco.az xəbər verir ki, təkcə noyabr ayında Aİ-də fyuçerslərin qiyməti 2021-ci ilin sonu ilə müqayisədə 40% artıb. Moskvaya qarşı hazırlanan səkkizinci beynəlxalq sanksiyalar paketinə daxil olan dəniz qadağası növbəti ilin fevralın 5-dən qüvvəyə minəcək.

Bildirilir ki, dizelin qiymətində müşahidə olunan kəskin artım iqtisadiyyatda inflyasiya təzyiqinin yaranmasını stimullaşdıraraq inkişafı ləngidir.

Qeyd edək ki, dizel avtomobil və yük maşınların yanacaq sərfiyyatında, sənayedə, eləcə də elektrik istehsalında geniş istifadə olunur. Aİ ümumi idxalın əksər hissəsini Rusiya hesabına qarşılayırdı. Sanksiya tətbiq edilən məhsulları ABŞ və Yaxın Şərqdən gələn tədarüklərlə əvəzləmək isə qiymətlərin bahalaşmasını istisna etmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et