Aİ Macarıstanın milyardlarla avro vəsaitini dondurmaq istəyir | Banco.az

Aİ Macarıstanın milyardlarla avro vəsaitini dondurmaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası Macarıstanın pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün hazırladığı xilasetmə proqramı çərçivəsində ölkəyə ayrılması nəzərdə tutulan 5,8 milyard avro və Aİ büdcəsindən 7,5 milyard avro məbləğində vəsaitin qanunun aliliyində irəliləyiş olacağı təqdirdə ala biləcəyini bəyan edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis, komissiya üzvləri Yohannes Han və Didye Reynders Brüsseldə Macarıstanın Avropa İttifaqının müxtəlif fondlarından istifadəsinə dair qəbul edilən qərarla bağlı mətbuat konfransı keçirib.

Macarıstanın Avropa Komissiyasına təqdim etdiyi xilasetmə proqramı planını müsbət qiymətləndirdiklərini ifadə edən Dombrovskis, "Macarıstanın müvafiq tənzimləmənin bütün şərtlərinə cavab verən möhkəm islahat və investisiya proqramı var", deyə əlavə edib.

Dombrovskis Macarıstanın xilasetmə planını təsdiqlədiklərini və hazırki mərhələdə planın həyata keçirilməsini dəyərləndirmədiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Aİ büdcəsi ilə bağlı şərtlilik mexanizminin fərqli işlədiyinə diqqət çəkən Dombrovskis Macarıstanın mexanizm çərçivəsində ala biləcəyi uyğunlaşdırma fondlarının 65 faizini təşkil edən 7,5 milyard avronun dayandırılmasına qərar verdiklərini də qeyd edib.

Xatırladaq ki, Aİ uzun müddətdir ki, Macarıstanı demokratiya və qanunun aliliyi kimi əsas məsələrdə gerilədiyinə görə tənqid edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et