Bu ölkə 2025-ci ilə qədər Rusiyadan neft alışını davam etdirəcək | Banco.az

Bu ölkə 2025-ci ilə qədər Rusiyadan neft alışını davam etdirəcək

Müəllif - Aida İsaq, Banco.az

Çexiya "Drujba" kəməri ilə neft alışını davam etdirəcək.

Banco.az xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala ölkəsinin Rusiyadan yanacaq tədarükünü 2025-ci ilə qədər davam etdirəcəyini bildirib. Avstriyada keçirilən iclasda "Transalpine Pipeline" (TAL) layihəsinin genişləndirilməsi təsdiqlənib. Petr Fialanın sözlərinə görə, Çexiya 2025-ci ildən sonra müvafiq marşrutdan neft almağı planlayır. Bu addım neft tədarükünün tələbə uyğun olaraq illik 7-8 milyon tona çatmasına imkan verəcək.

Eyni zamanda, layihənin texniki təkmilləşdirilmə dəyərinin 1,2-1,6 milyard dollar təşkil edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et