Rusiya nefti üçün minimum qiymət limitinin məbləği məlum olub | Banco.az

Rusiya nefti üçün minimum qiymət limitinin məbləği məlum olub

Müəllif - Aida İsaq, Banco.az

Aİ-də Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində olması gündəmdədir.

Banco.az xəbər verir ki, Aİ və G7-yə üzv olan ölkələr arasında Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı müzakirələr davam edir. Bir müddət əvvəl yayılan məlumatlara görə, Avropa İttifaqı ölkələrinin qiymət limiti ilə bağlı fikir ayrılıqlarının ortaq məxrəcə gəlməməsi digər məsələlərə də öz təsirini göstərir. Belə ki, bu halda Avropa Komissiyasının Rusiya xammalının dəniz yolu ilə idxalına tətbiq olunan embarqonun müddəti ilə bağlı qərarı da sual altında qalmağa davam edəcək.

Son məlumatlara əsasən, Polşa və Baltikyanı ölkələrin minimum qiymət təklifi çağırışları bir nəticəyə varmayacaq. Belə ki, Aİ-nin Rusiya neftinin bir bareli üçün 62 dollar səviyyəsinin müəyyən etməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et