BMT dünyada real əmək haqqının azaldığını bildirib | Banco.az

BMT dünyada real əmək haqqının azaldığını bildirib

Müəllif - Aida İsaq, Banco.az

Dünyada real əmək haqqı 20 ildə ilk dəfə olaraq azalıb. 

Banco.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında qeyd olunur. 2022-ci ilin yanvar-iyun aylarında müvafiq göstərici 0,9% azalıb. Analitiklər bunu Ukraynada hazırda davam edən hərbi əməliyyatların nəticəsində iqtisadi artımın zəifləməsi, inflyasiya artımı və enerji böhranı ilə əlaqələndirib.

BƏT real əmək haqqının azalmasının daha çox gəlir səviyyəsi aşağı olan təbəqələrdə hiss olunduğu qənaətinə gəlib. Hansı ki, həmin kateqoriyaya daxil olan şəxslərin xərcləri zəruri məhsullara sərf olunur.

Oktyabrın birinci yarısında “Romir” tədqiqat mərkəzinin prezidenti Andrey Milexin isə iqtisadi böhranın yoxsul təbəqədən daha çox orta seqmentin nümayəndələrinə daha çox təsir etdiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et