Bu ölkədə işçilərə ofisdə telefonları enerji ilə doldurmaq qadağan ediləcək | Banco.az

Bu ölkədə işçilərə ofisdə telefonları enerji ilə doldurmaq qadağan ediləcək

Müəllif - Aida İsaq, Banco.az

Polşada yerli hakimiyyət orqanlarından dekabrın 1-dən elektrik enerjisi istehlakını 10% azaltmaq tələb olunur. Belə ki, ofislərdə telefonları doldurmaq, lampalardan çox istifadə etmək, otaqları +19°C-dən yuxarı qızdırmaq qadağan edilib. 

Banco.az xəbər verir ki, bu addım ölkədəki enerji böhranının qarşısını almaq üçün atılıb.

Qeyd olunur ki, qaydalara əməl etməyən məmurları 20 min zlotiyə qədər (təxminən 4,5 min dollar) cərimə gözləyir.

Qeyd olunur ki, işçilərə mobil telefonları doldurmağın qadağan edilməsi, soyuducuların və elektrik çaydanlarının sayının azaldılması və ya iş saatlarından sonra ofislərin təmizlənməsinə məhdudiyyət qoyulması bu istiqamətdə atılacaq addımların bir hissəsidir.

Bundan başqa, elektrik enerjisinə qənaət rejiminə keçilməsi səbəbindən milad bayramında ölkə şəhərlərində hərzamanki rəngarəng işıqlandırma aurasının da zəif olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et