Müəllif - Aida İsaq, Banco.az
ABŞ Avropada elektrik enerjisinin qiymətinin dəyişməsinə nail olub. Banco.az xəbər verir ki, bu ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) alışının artırılması sayəsində gerçəkləşib.
“Forbes”in məlumatına görə, ABŞ üçün Avropaya LNG satış marjası hazırda mühim əhəmiyyət kəsb edir. Belə ki, regionda rekord səviyyəyə yüksələn qaz qiymətləri elektrik enerjisinin qiymətlərinə də birbaşa təsir göstərir. Qaz qiymətləri isə öz növbəsində Rusiya Federasiyasından tədarükün həcmi ilə müəyyən edilib. Məsələn, əvvəllər bir meqavat-saatın qiyməti 10-30 avro səviyyəsində idisə, 2022-ci ildə bu rəqəmlər pik vaxtlar üçün 350 avroya çatıb. Hazırki şəraitdə isə 100-150 avro norma hesab olunur.
Qeyd olunur ki, yanacaq əldə etməklə bağlı ciddi alternativlər olmadığı üçün Avropa ölkələri ABŞ-dan tədarüklərə üz tutub. Bunun üçün regionda qəbul terminalları və digər infrastrukturların tikilməsinə başlanılıb.
Bundan başqa, Avropada anbarların doldurulması və enerjiyə qənaət fonunda qazın qiyməti aşağı düşüb. Lakin indi onlar artıq ABŞ-dan LNG tədarükünün davamlı olmasından və həcmindən asılı olacaqlar.
Bizi sosial şəbəkələrdən izləyin!!