Müəllif - Aida İsaq, Banco.az
Rusiya və Çin mərkəzi bankları müxtəlif pul köçürmələri, ödənişlər və birjalar üzrə məlumat mübadiləsi sistemi olan SWIFT-ə alternativ sistemin yaradılması üzərində çalışır.
Banco.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini IV Aleksandr Novak Rusiya-Çin Enerji biznes forumunda çıxışı zamanı bildirib.
O, Rusiya ilə Çin arasında ticarət əlaqələrində milli valyutalardan istifadəyə keçidin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Novakın sözlərinə görə, əməliyyatların milli valyutalarla həyata keçirilməsi gələcək risklərin qarşısını alır. Eyni zamanda rubl və yuanın dünyada ehtiyat valyutalar statusunu əldə etməsini stimullaşdırır. Bununla əlaqədar, Rusiya və Çin mərkəzi bankı hər iki ölkədə qarşılıqlı formada SWIFT-dən istifadə etmədən prosedurları icra edə biləcək yeni əməliyyat sisteminin yaradılması imkanları üzərində işləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!