Almaniya Qətərdən qaz alacaq | Banco.az

Almaniya Qətərdən qaz alacaq

Müəllif - Aida İsaq, Banco.az

"Qatar Energy" və "ConocoPhillips" şirkətləri arasında 15 il müddətinə müqavilə imzalanıb.

Banco.az xəbər verir ki, müqavilə 2026-cı ildən etibarən Almaniyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü nəzərdə tutur. “QatarEnergy”nin direktorunun sözlərinə görə Almaniya ildə iki milyon ton LNG ilə təmin olunacaq. 

Qeyd edək ki, müvafiq müqavilənin Almaniyanın yanacaq tədarükü üçün ilk uzunmüddətli müqaviləsi olduğu bildirilir. 

Xatırladaq ki, “QatarEnergy” öz növbəsində bundan öncə Çin ilə də 27 il müddətinə LNG tədarükü üçün müqaviləyə imza atmışdı. Beləliklə, Çin hər il dörd milyon ton LNG ilə təmin olunacaq. “QatarEnergy” bunun sənaye tarixində ən uzunmüddətli müqavilə olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et