“Yahoo” bu rəqəmsal reklam şirkətinin 25 faizini satın alıb | Banco.az

“Yahoo” bu rəqəmsal reklam şirkətinin 25 faizini satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Yahoo” rəqəmsal reklam şirkəti “Taboola”nın 25 faizlik səhmlərini satın alıb.

Banco.az xəbər verir ki, rəqəmsal reklam sektorunun dəstəyini almaq istəyən internet nəhəngi “Yahoo” sözügedən satınalma ilə “Taboola”dan müvafiq sektor üzrə 30 illik xidmət alacaq. 

“Yahoo”nun prezidenti və baş direktoru Ceyms Lanzon mövzu ilə bağlı aşağıdakı açıqlamaları edib:

“Biz rəqəmsal reklamın gələcəyinə çox inanırıq. “Taboola” ilə əməkdaşlıq “Yahoo”ya yerli təklifləri daha da inkişaf etdirməyə imkan verəcək. Bu əməkdaşlıq həmçinin hər iki şirkətin bazarda məxsusiləşməyə davam etməsinə də təkan olacaq.”

Qeyd edək ki, “Taboola” hazırda 9 min nəşriyyatla əməkdaşlıq edir və hər gün 500 istifadəçiyə çatır. Bu yeni sövdələşmə ilə şirkət “Yahoo”nun bütün rəqəmsal platformalarında yerli reklamçılıq üzrə eksklüziv partnyoru olur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et