"JPMorgan" dollarla bağlı proqnozunu açıqlayıb | Banco.az

"JPMorgan" dollarla bağlı proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il yüksəliş tempi labüd görünən dollar üçün hazırda daha ehtiyatlı proqnozlar verilir.

Banco.az xəbər verir ki, “JPMorgan Aktivlərin İdarəedilməsi”nə görə, inflyasiya sürətinin azalması bazarların FED-in faiz qərarı ilə bağlı proqnozlarını yumşaltmasına gətirib çıxarır ki, bu da güclü dollar dövrünün sona çatmasına səbəb ola bilər.

Artıq bazarların FED-in pul siyasəti ilə bağlı hansı yolu izləyəcəyinə dair daha aydın fikirlərinin olduğunu vurğulayan təşkilatın strateqi Kerri Kreyq, “Dollar artıq bu ilki kimi yüksəliş tendensiyasına sahib yeganə valyuta deyil. Avro və yen kimi digər valyutalarda da oxşar tendensiya potensialı mövcuddur”, deyə fikirlərini bölüşüb.

Endryu Şitsin aralarında olduğu “Morgan Stanley” analitikləri də dolların bu rüb zirvəyə çatacağını, daha sonra isə 2023-cü il boyunca aşağı yönlü tendensiya ilə davam edəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et