Ekspert "Qara Cümə" endirimlərinin sirrini açıqladı | Banco.az

Ekspert "Qara Cümə" endirimlərinin sirrini açıqladı

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada "Qara cümə" endrimlərinə marağın artması fonunda mağazalar satışları gücləndirmək üçün müxtəlif yollara əl atır. 

Banco.az xəbər verir ki, marketoloq Andrey Arno bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, aksiya başlamamışdan əvvəl qiymətlər artırılır daha sonra isə kütləvi formada endirilir.

“Onlar qiymətləri süni şəkildə qaldırıb, sonra böyük endirimlər elan edirlər. Rəqəmlərlə insanları bu cür manipulyasiya etməyə çalışırlar. Satışların zəifləməsi, Qərbin sanksiyaları fonunda müxtəlif brendlərin ölkəni tərk etməsi insanların bu kimi kampaniyalara aldanmasına şərait yaradır”.

Ekspert sahibkarların bu addımını süni şəkildə ajotaj yaradaraq vitrində qalan məhsullardan xilas olmaq və əlavə qazanc əldə etmək kimi qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et