Avropa İttifaqı Afrikaya 4,5 milyard avrodan çox vəsait ayıracaq | Banco.az

Avropa İttifaqı Afrikaya 4,5 milyard avrodan çox vəsait ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Afrikaya 4,5 milyard avrodan çox vəsait ayıracaq.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen 2024-cü ilə qədər Afrikanın ərzaq təhlükəsizliyi üçün 4,5 milyard avrodan çox vəsait ayıracaqlarını bildirib.

Fon der Leyen Brüsseldə keçirilən 11-ci Avropa İttifaqı-Afrika İttifaqı Komissiyalararası İclasının yükununda mətbuata açıqlama verib.

“Mövcud geosiyasi vəziyyət bizdən daha sıx əməkdaşlıq etməyi tələb edir”, deyən sədr Aİ ilə Afrika İttifaqının (Afİ) çox doğru vaxtda birləşdiyini vurğulayıb.

Fon der Leyen görüşdə müzakirə edilən mühüm mövzulardan birinin qida təhlükəsizliyi olduğuna diqqət çəkərək, "Müharibənin qida təhlükəsizliyinə dağıdıcı təsiri var və bu, dünyanın hər bölgəsini və ən çox da Afrikanı birbaşa təsiri altına alır", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin əlavə edib ki, Aİ 2024-cü ilə qədər Afrikada ərzaq təhlükəsizliyi və daha davamlı ərzaq sistemləri üçün 4,5 milyard avrodan çox vəsait səfərbər etməyə hazırdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et