Silikon Vadisi şirkətləri işçilərini ixtisar etməyə davam edir | Banco.az

Silikon Vadisi şirkətləri işçilərini ixtisar etməyə davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya sektorundakı ixtisar dalğası son vaxtlar ABŞ-da iqtisadi gündəmin əsasını təşkil edir.

Banco.az xəbər verir ki, Amerikanın bəzi şirkətləri kiçik ixtisarlar edərkən, bəzi şirkətlər kütləvi işdən çıxarmalara imza atıb.

Texnologiya sektorundakı bu ixtisarların ən böyük səbəbi kimi isə dəyişən iqtisadi şərtlər göstərilir. Bununla belə, hər bir şirkətin ixtisar üçün fərqli səbəbləri də var. 

Gəlin ixtisar burulğanına qapılan şirkətlərlə tanış olaq.

Twitter

“Tesla”nın rəhbəri İlon Mask şirkəti satın aldıqdan sonra 3700 nəfər işdən çıxarılıb. Mask şirkətin gündə 4 milyon dollar zərər etdiyini və lazımsız xərclərin azaldılması səbəbindən ixtisarların olacağını açıqlayıb. 

Meta

Şirkət 11 min işçini, yəni şirkətin işçi qüvvəsinin 13 faizini ixtisar edəcəyini açıqlayıb. Şirkətin bazar dəyəri isə bu ilin üçüncü rübündə keçən illə müqayisədə 19 faiz artaraq 22,1 milyard dollara çatıb.

Microsoft

Bill Qeytsin əsasını qoyduğu şirkət iş fəaliyyəti zəif olan 1000 nəfəri işdən çıxaracağını açıqlayıb. İxtisarların şirkət strukturunun yenidən qurulması və yeni performans sisteminə keçidlə əlaqədar baş verdiyi bildirilib.

Amazon

Ən sərfəli kredit üçün müraciət et

E-ticarət nəhəngi korporativ və texnologiya departamentlərində çalışan təxminən 10 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Cisco

Ümumilikdə 83 min işçisi olan rəqəmsal kommunikasiya şirkəti bu ay 4 min işçisini işdən çıxaracağını açıqlayıb.

Netflix

Ümumilikdə 450 nəfəri işdən çıxarıb. Bunun ən böyük səbəbi isə platformanın 200 min abunəçi itirməsi olub.

Snaps

Şirkət 1280 işçini işdən çıxardığını açıqlayıb.

Qeyd edək ki, Amerikada texnologiya sənayesi əmək bazarının yalnız 0,3 faizini təşkil edir. Ona görə də bu ixtisar dalğasının məşğulluğa əsaslı təsir göstərəcəyi gözlənilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et