Aİ-də qazın qiymətinin hansı səbəblərdən dəyişə bilər? | Banco.az

Aİ-də qazın qiymətinin hansı səbəblərdən dəyişə bilər?

Müəllif - Aida İsaq, Banco.az

Ekspertlər yaxın gələcəkdə Avropa İttifaqında qazın birja qiymətlərinin ilk növbədə hava şəraitindən asılı olacağı qənaətinə gəliblər.

Banco.az xəbər verir ki, Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin yanacaq-energetika sektorlarının iqtisadiyyatı şöbəsinin müdir müavini Sergey Kolobanovun sözlərinə görə, qarşıdakı ayda Avropada qazın birja qiymətləri bir sıra amillərin, lakin hər şeydən əvvəl hava şəraitinin təsiri altında dəyişəcək.

“BCS World of Investments”in baş analitiki Ronald Smit də onunla razılaşıb. O, qeyd edib ki, tarixən temperaturun hər bir pillə düşməsinə görə,​ qaza tələbat dörd faiz artıb. Kolobanov həmçinin infrastrukturda texnogen qəza və ya Rusiya qazının Ukrayna ərazisindən nəqlinin dayandırılmasının da qiymət artımına təsir göstərə biləcəyini əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et