Bu ölkənin şirkətləri bizneslərini xaricə köçürməyə çalışır | Banco.az

Bu ölkənin şirkətləri bizneslərini xaricə köçürməyə çalışır

Müəllif - Aida İsaq, Banco.az

Almaniyda hər dörd şirkətdən azı biri enerji böhranı səbəbindən hasilatı başqa ölkələrə ötürmək imkanını nəzərdən keçirir. Banco.az xəbər verir ki, bu barədə Almaniya Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Genner məlumat verib.

T.Gennerin sözlərinə görə, yüksək enerji qiymətləri və zəifləyən iqtisadiyyat Almaniyaya öz mənfi təsirlərini göstərir. Nəticədə yerli şirkətlərdə vəziyyət digər ölkələrlə müqayisədə daha da çətinləşərək alman iqtisadiyyat modelinin inkişafını yavaşladır.

Hazırkı şəraitdə sahibkarlar ölkə hakimiyyətindən milli iqtisadiyyatı qorumaq üçün tədbirlər planı hazırlamasını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram