Rusiya bu ölkələrə neft satışını qadağan edəcək | Banco.az

Rusiya bu ölkələrə neft satışını qadağan edəcək

Müəllif - Aida İsaq, Banco.az

Rusiya hakimiyyəti Moskvaya qiymət məhdudiyyəti tətbiq edən ölkələrə və şirkətlərə neftin satılmasını qadağan edən fərman hazırlayır. Banco.az xəbər verir ki, bunun həm yerli şirkətlər həm də ölkə neftini alan treyderlər üçün keçərli olması gözlənilir.

Beləliklə Rusiya neftinə dair müqavilələrdə hər hansısa qiymət limitinin qeyd olunması ilə yanaşı, bu prosedurlarda iştirak edən ölkələrə neftin ötürülməsinin qadağan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqına (Aİ) üzv ölkələrin diplomatları arasında Rusiyadan gələn neftin qiymət limitinin səviyyəsinə dair baş tutan danışıqlar təxirə salınmışdı. Buna səbəb isə avropalı diplomatların fərqli mövqelərdən çıxış etməsi olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et