Avropa Komissiyası Rusiya qazının alışına qadağa qoymaqdan imtina edib | Banco.az

Avropa Komissiyası Rusiya qazının alışına qadağa qoymaqdan imtina edib

Müəllif - Aida İsaq, Banco.az

Aİ rəhbərliyinin irəli sürdüyü birgə qaz alışı mexanizmi regionun ayrı-ayrı ölkələri tərəfindən Rusiya yanacağının alınmasına məhdudiyyət yaratmayacaq. Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya ilə müqavilələrin yalnız qarşıdakı mexanizm çərçivəsində mümkünsüz olacağı görünür. Noyabrın 24-də məlum olub ki, Aİ-nin energetika nazirləri əvvəllər 2023-2024-cü illər ərzində danışıqlar üçün yeni platformanın yaradılması barədə razılığa gəliblər. Dekabrın ortalarında müvafiq planın yekun təsdiqi gözlənilir.

Avropa Komissiyası regionda enerji böhranından çıxmağın yollarından biri kimi oktyabrın ortalarında birgə satınalma ideyasını irəli sürüb. Ehtimal olunur ki, mexanizm 13,5 milyard kubmetrədək qazın alınmasına imkan verəcək. Bu isə ehtiyatların doldurulması planının təxminən 15 faizini təşkil edir. Avropa Şurası təşəbbüsün tədarükçülərə üstünlük qazandırmaqla yanaşı, birlik ölkələri arasında həddindən artıq yanacaq rəqabətini də aradan qaldıracağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et