İşçilər üçün ən əlverişsiz 10 ölkə açıqlanıb | Banco.az

İşçilər üçün ən əlverişsiz 10 ölkə açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il məlumatlarına əsasən "dünyanın işçilər üçün ən əlverişsiz 10 ölkəsi"ni açıqlayıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası ölkələri əmək hüququna münasibətinə görə mütəmadi olaraq qiymətləndirən illik hesabatını dərc edib. Nəşr edilən hesabatda 2022-ci il məlumatlarına görə işçilər üçün dünyanın ən əlverişsiz 10 ölkəsi bəlli olub. Siyahıda qardaş ölkə Türkiyənin də olması diqqətdən yayınmayıb.

Braziliya

Sindikata qarşı ayrı-seçkilik tədbirləri

Kollektiv müqavilələrin pozulması

Bangladeş

Qanun çatışmazlığı

Sindikatların təşkilinə maneələr

Polis zorakılığı

Belarus

Repressiv cəza qanunları

Sindikat rəhbərlərinin kütləvi həbsi

Sindikatların məcburi ləğvi

Kolumbiya

Qətllər və cəzasızlıq

Sindikat üzvlərinin əsassız həbsi

Sindikatların dağılması və işdən çıxarılma

Misir

Repressiv qanunlar

Tətilçilərin təqibi

Sindikatların dağıdılmasıı və işdən çıxarılma

Ən sərfəli kredit üçün müraciət et

Esvatini

Sərbəst toplaşmaq azadlığının ciddi şəkildə pozulması

Polis zorakılığı

Qvatemala

Sindikat üzvlərinə qarşı zorakılıq

Qorxu və cəzasızlıq mühiti

Sindikat əleyhinə ixtisarlar

Myanma

Tətillərin və etirazların qəddarcasına yatırılması

Özbaşına həbslər

Qətllər

Filippin

Zorakılıq və qətllər

Tətillər zamanı həbslər

Dövlət təzyiqi

Türkiyə

Tətillərin yatırılması

Sindikat üzvlərinin həbsi

Sistemli sindikat pozulması

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et