Ekspert dolların gələcəyini müsbət proqnozlaşdırdı | Banco.az

Ekspert dolların gələcəyini müsbət proqnozlaşdırdı

Müəllif - Aida İsaq, Banco.az

Son dövrlər siyasi arenada davam edən qeyri-sabit vəziyyət iqtisadi tənəzzülə gətirib çıxarsa da, ardınca dolların möhkəmlənməsi müşahidə oluna bilər. Banco.az xəbər verir ki, bu fikirləri "Sovcombank"ın baş analitiki Mixail Vasilyev səsləndirib.

Onun sözlərinə görə, bir sıra ekspertlər rekord inflyasiya fonunda qlobal tənəzzül proqnozlaşdırır. Bundan əlavə, dəyişikliklər mərkəzi banklar tərəfindən faiz dərəcələrinin sürətli artımına gətirib çıxara bilər.

Analitik investorların ABŞ valyutasına üz tutacağını bildirib. Yaranan vəziyyət həm də enerji qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Nəticədə dolların məzənnəsinin 70 rubl səviyyəsində olması müşahidə oluna bilər. Mütəxəssis eyni zamanda vəsaitlərin bir hissəsinin dost ölkələrin valyutasında saxlamağı tövsiyə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et