21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank" QSC-nin ümumi dəyəri 5,000,000 (beş milyon) ABŞ dolları olan istiqrazları (Aqrar İnkişaf İstiqrazları) standart bazar seqmentində listinqə daxil edilib.
29 noyabr 2022-ci il tarixində "AccessBank" QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Tel: (99412) 4989820; email: business@bse.az ; http://www.bfb.az;
Address: 2A Hasan bay Zardabi, Baku, Azerbaijan, AZ 1141
Bizi sosial şəbəkələrdən izləyin!!