Avrozonada işgüzarlıq indeksi gözlənilmədən artıb | Banco.az

Avrozonada işgüzarlıq indeksi gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işgüzarlıq indeksi proqnozların əksinə olaraq 17,3-dən 47,8-ə yüksələrək regionda iqtisadi geriləmənin azala biləcəyinə işarə edib.

Banco.az xəbər verir ki, “S&P Global”in məlumatına görə, istehsal və xidmət sektorlarında aktivliyi ölçmək üçün istifadə edilən işgüzarlıq indeksi (PMI - Purchasing Manager’s İndex - satınalma idarəçiləri indeksi) noyabr ayında gözlənilmədən yüksəlib.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada fabriklərin satınalma menecerləri təchizat əlçatanlığının yaxşılaşdığını və daxilolmalar üçün daha qısa çatdırılma müddətinin olduğunu bildiriblər. Ölkədə özəl sektor istehsalı ardıcıl beşinci ayda da daralıb, Fransa iqtisadiyyatı  isə 2021-ci ilin fevralından bəri ilk dəfə kiçilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et