Müəllif - Aida İsaq, Banco.az
Avropa ölkələri Rusiya qazının istehlakını azaldıb. Banco.az xəbər verir ki, bu, ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı fonunda baş verib.
"BCS World of Investments"in baş analitiki Ronald Smit ABŞ-ın Rusiyadan sonra avropalı tərəfdaşlara ən böyük qaz tədarükçüsü olduğunu bildirib. Onun sözlərinə görə, Aİ ölkələri bu ilin yanvar-avqust aylarında idxal olunan Rusiya qazının həcmini 39 milyard kubmetr azaldıb. Bu fonda ABŞ-dan LNG tədarükü 2021-ci ilin bütün göstəricilərinə əsasən 80 faiz çox olub.
Bundan başqa "Alfa Capital Portfolio"nun meneceri Dmitri Skryabinin fikrincə isə, ABŞ-la yanaşı gələn il Avropaya qaz nəqlində Qətər və Norveçin də rolu artacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Bolqarıstan, Xorvatiya və bir sıra dənizə çıxışı olmayan Aİ ölkələrinə Rusiya neftinin tədarükü ilə bağlı əməliyyatlara icazə verib.
Bizi sosial şəbəkələrdən izləyin!!