Bu ölkənin apteklərində satışlar azalıb | Banco.az

Bu ölkənin apteklərində satışlar azalıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya apteklərində satışlarda azalma qeydə alınıb. Banco.az xəbər verir ki, bu koronavirus pandemiyasına yoluxmaların zəifləməsi fonunda baş verib.

Məlumata görə, 2022-ci ilin doqquz ayında ümumi satışlar analitiklərin gözləntilərindən 10 faiz aşağı olub.

"DSM Group"un baş direktoru Sergey Şulyakın sözlərinə görə, noyabrın əvvəlində aptek bazarının dövriyyəsi illik müqayisədə beş faiz azalıb. O bunu COVID-19-a yoluxma hallarının az olması ilə əlaqələndirib.

"Rigla" apteklər şəbəkəsinin məlumatına görə koronavirusun müalicəsi üçün dərmanların, bahalı tibbi kosmetika və bəzi qida əlavələrinin satışında azalma müşahidə edilib. "DSM Group" dördüncü rübdə əczaçılıq bazarında artımların ilin sonuna kimi 16-17 faizə qədər yavaşlayacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram