Fransa iki böyük şirkətə maliyyə yardımı ayıracaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Fransa iki böyük şirkətə maliyyə yardımı ayıracaq

Müəllif - Aida İsaq, Banco.az

Fransa höküməti şüşə istehsalçısı "Duralex" və çap şirkəti "Maury"nin fəaliyyətinə davam etməsi üçün dəstək göstərəcək.

Banco.az xəbər verir ki, enerji böhranı səbəbibiylə istehsalı dayandıran "Duralex" və elektrik borclarını qarşılamaqda çətinlik çəkən "Maury" mətbəəsi üçün maliyyə yardımı ayrılacaq. Beləliklə, enerji dəstəyi tədbirləri çərçivəsində dövlət tərəfindən maliyyələşdirilən 25 milyon avroluq paket hazırlanıb.

Noyabrın 1-dən etibarən şüşə istehsalı nəhəngi "Duralex" dövlətin birbaşa 15 milyon avro kreditindən faydalanacaq. "Maury" mətbəəsinin isə 2023-cü ilin sonundan etibarən təxminən 10 milyon avro yardım alacağı qeyd olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram