Bu ölkədə evlərin qiyməti iki il ərzində ucuzlaşacaq | Banco.az

Bu ölkədə evlərin qiyməti iki il ərzində ucuzlaşacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada evlərin qiyməti yaxın iki il ərzində ucuzlaşa bilər.

Banco.az xəbər verir ki, Brtaniyada həyat standartlarının bahalaşması, artmaqda olan iqtisadi yavaşlama və bunun nəticəsində işsizliyin geniş vüsət alması səbəbindən ölkədə evlərin qiymətinin yaxın 2 ildə orta hesabla 9 faiz ucuzlaşacağı gözlənilir.

Ölkənin rəsmi iqtisadi proqnozlarını hazırlayan müstəqil Büdcə Hesabatlılığı Agentliyinin (OBR) yaydığı bəyanatda Britaniyada evlərin qiymətinin növbəti 2 il ərzində ucuzlaşacağı, daha sonra isə yenidən bahalaşacağı qeyd edilib.

Bəyanatda həmçinin ölkə iqtisadiyyatının 2025-ci ildə yenidən dirçələcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram