Müəllif - Aida İsaq, Banco.az
Qazaxıstan valyutasına Rusiyalı investorlar tərəfindən maraq artıb. Belə ki, son bir həftədə Qazaxıstan təngəsinin ticarət həcmi əvvəlki həftə ilə müqayisədə yeddi faiz artaraq 4,2 milyard rubl təşkil edib.
Banco.az xəbər verir ki, əsas valyuta məzənnələrində ticarətin azalması fonunda Qazaxıstan təngəsi ilə əməliyyatlarda aktivlik müşahidə olunub. Həftə ərzində məşhur valyutalarla ticarətin həcmi 100 milyard rubldan çox azalıb. Belə ki, zəif ticarət olunan dollar və yuan həftə ərzində 10-20 faiz azalaraq, müvafiq olaraq 378 milyard rubl və 275 milyard rubla düşüb. Eyni zamanda, ticarətdə avrodan daha çox istifadə edilib. Sözügedən valyutanın dövriyyəsi yeddi faiz artaraq 201 milyard rubla çatıb.
Bazar iştirakçıları şirkətlərin Qazaxıstan valyutasına xüsusi marağını Rusiyanın milli valyutalarla ticarətə keçidlə bağlı kontekstdən qaynaqlandığını bildirirlər. "Sovcombank"ın baş analitiki Mixail Vasilyev hazırda MDB ölkələri ilə sıx ticarət əlaqələri qurulduğunu vurğulayıb. Onun sözlərinə görə Qazaxıstan hazırda Rusiyanın bir sıra ixrac-idxal əməliyyatlarının keçdiyi logistik mərkəzlərdən birinə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!