Noutbuk satışları bütün dünyada zəifləyib | Banco.az

Noutbuk satışları bütün dünyada zəifləyib

Müəllif - Aida İsaq, Banco.az

Oktyabr ayında ilk beşliyə daxil olan şirkətlər üzrə "Windows" noutbuklarının ümumi satışları illik müqayisədə 40 faiz azalıb. 

Banco.az xəbər verir ki, 2022-ci ilin sentyabr ayına nisbətən oktyabr ayının nəticələri də pisləşib.

"Lenovo" brendi oktyabr ayında həyata keçirilən satışlara əsasən liderliyini qoruyub. İkinci yerdə "HP" qərarlaşıb. Oktyabr ayında artım göstərən yeganə istehsalçı isə "Dell" şirkəti olub. 

Tayvanın "Acer" və "Asus" şirkətləri ən aşağı nəticələrlə üzləşməli olub. Belə ki, noutbuk satışları sentyabr ayına nisbətən 20 faizdən çox azalıb.

Məşhur "Apple" brendinin satışı ilə bağlı isə hazırda dəqiq məlumatlar qeyd olunmur. Ən böyük "MacBook" istehsalçısı olan "Quanta"nın tədarük həcmi də oktyabr ayında kəskin azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et