Rusiya və Çin enerji daşınmalarını milli valyuta ilə ödəyəcək | Banco.az

Rusiya və Çin enerji daşınmalarını milli valyuta ilə ödəyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya və Çin ikitərəfli ticarətdə yerli valyutadan istifadə edəcək.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Rusiya ilə Çin arasındakı enerji ticarəti ilə bağlı qiymətləndirmələr aparıb.

Bu il Rusiyanın Çinə enerji daşımalarının artdığını xatırladan Novak, “Neft, qaz, kömür və elektrik enerjisi sənayesini əhatə edən enerji sektorunda ticarət həcmimiz valyuta baxımından 64 faiz, fiziki olaraq isə 10 faiz artıb”, deyə bildirib.

Nazir müavini iki ölkə arasında, əsasən enerji sahəsi üzrə olmaqla, ikitərəfli ticarətdə artıq milli valyutaların istifadə edildiyini vurğulayaraq qarşılıqlı ödənişlər, o cümlədən Çindən avadanlıqların daşınması üçün rubl və yuanın istifadəsinə başladıqlarını elan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et