Türkiyə Mərkəzi Bankı Dollar/TL proqnozunu açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı Dollar/TL proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı ilin sonu üçün Dollar/TL və inflyasiya proqnozunu açıqlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) real və maliyyə sektoru nümayəndələri və peşəkarlardan ibarət 41 nümayəndənin iştirakı ilə keçirilən noyabr ayı üzrə “Bazar İştirakçıları Anket”ini dərc edib.

Anketin nəticələrinə görə, iştirakçılar ilin sonunda Dollar/TL məzənnəsinin 19,54 səviyyəsində olacağını gözləyirlər. Əvvəlki sorğuda isə bu proqnoz 19,82 səviyyəsində müəyyən edilmişdi. Gələn il üzrə proqnoz isə 23,61 səviyyəsindən 23,35-ə endirilib.

Məzənnə proqnozunu aşağı salan iştirakçılar ölkədə inflyasiyanın sürət tempində isə artım gözləyirlər. Belə ki, ilin sonunda Türkiyədə inflyasiyanın 68,06 səviyyəsinə qalxacağını düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et