Bu metala təlabat rekord səviyyəyə çatacaq | Banco.az

Bu metala təlabat rekord səviyyəyə çatacaq

Müəllif - Aida İsaq, Banco.az

Bu il gümüşə qlobal tələbatın 16 faiz artaraq 1,21 milyard unsiyaya çatacağı gözlənilir. Banco.az xəbər verir ki, ekspertlərin proqnozlarına görə adı çəkilən metalın çatışmazlığı bir neçə onillik ərzində rekorda həddə çatacaq.

Avtomobil istehsalçıları tərəfindən gümüş istehlakı artıb. Halbuki müvafiq sektorda ümumi gümüşə tələbatın yalnız beş faizi istifadə olunur. Günəş panellərinin istehsalı isə ümumi tələbatın təxminən 10 faizini təşkil edir. 

Analitiklər bu il gümüş bazarında 194 milyon unsiya kəsiri proqnozlaşdırır. Ötən il bu göstərici 48 milyon unsiya səviyyəsində olub.

Xatırladaq ki, qlobal tənəzzül təhlükəsi səbəbindən digər sənaye metallarından fərqli olaraq, litiumun qiymətləri ilin əvvəlindən üç dəfə artıb. Mütəxəssislər onu ilin ən qiymətli metalı adlandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et