Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 550 milyon dollara yaxın olub.

Dövr ərzində Azərbaycan bu ölkədən 204,5 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 345,2 milyon dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et