Aİ Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub | Banco.az

Aİ Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyanın təxminən 68 milyard avro dəyərində aktivlərini dondurub. 

Banco.az xəbər verir ki, Belçikada 50 milyard avro, Lüksemburqda isə 5,5 milyard avro məbləğində aktivlər dondurulub. Hər iki ölkə üzrə qeyd olunan məbləğin miqdarı İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransada məhdudiyyət tətbiq olunan aktivlərin ümumi həcmindən çoxdur.

Hazırda Rusiyanın Avropa ölkələrində nə qədər milli ehtiyatının dondurulması ilə bağlı dəqiq məlumat qeyd olunmur. lAKİN Avropa Komissiyasının məlumatlarında məbləğin təxminən 33,8 milyard avro olduğu bildirilir.

Bundan öncə qeyd olunan məlumatlara görə, Böyük Britaniya Rusiyanın on milyardlarla dollar dəyərində aktivlərini dondurub. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından bu günə qədər ölkədə 20,95 milyard dollara yaxın vəsait dondurulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et