Dolların bahalaşması gözlənilir | Banco.az

Dolların bahalaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” strateqlərinin fikrincə, ABŞ dolları qarşıdakı dövrdə də qlobal bazarlarda bahalaşmağa davam edəcək.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Goldman Sachs”in strateqləri qeyd ediblər ki, digər qlobal mərkəzi banklar FED-in faiz artımlarına çatmaqda çətinlik çəksələr də, hələ də dolların qlobal miqyasda bahalaşmasına təsir göstərəcək çoxsaylı amillər mövcuddur.

Birjaların zəif artım perspektivləri və inflyasiya göstəricilərinə qarşı həssaslığını saxladığına diqqət çəkən strateqlər dolların cari səviyyəsindən bahalaşma tempinin isə ötən ilə nəzərən daha volatilli və aşağı keyfiyyətli olacağını proqnozlaşdırıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram