Çinin büdcə gəlirləri azalmağa başlayıb | Banco.az

Çinin büdcə gəlirləri azalmağa başlayıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin ilk on ayında Çinin dövlət büdcəsinin gəlirləri 4,5 faiz azalaraq 17,33 trilyon yuana (indiki məzənnə ilə 2,45 trilyon dollar) düşüb. Eyni zamanda, büdcə xərcləri 6,4 faiz artaraq 20,63 trilyon yuana (2,91 trilyon dollar) çatıb. Kəsir isə 3,3 trilyon yuan (460 milyard dollar) təşkil edib. 

Banco.az xəbər verir ki, gəlirlərin azalması toplanan vergilərin həcminin 8,9 faiz azalması hesabına formalaşıb. Bununla yanaşı, büdcənin digər doldurulma mənbələri üzrə daxilolmalar 23,2 faiz artıb.

Eyni dövrdə əlavə dəyər vergisi bir il əvvələ nisbətən 29,1 faiz az, istehlak və fərdi gəlir vergisi yığımları isə müvafiq olaraq 13,2 və 8,5 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et