Funt sterlinqlə beynəlxalq ödənişlər artıb | Banco.az

Funt sterlinqlə beynəlxalq ödənişlər artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın pul vahidi funt sterlinq Breksitdən sonra ən populyar dövrünü yaşayır.

Banco.az xəbər verir ki, dünya miqyasında bank müştərilərinin qlobal ödənişlər üçün Britaniya funtundan istifadəsi artıb.

Məlumata görə, sterlinqlə edilən qlobal ödənişlərin payı oktyabrda 7,845 faizə yüksəlib ki, bu da ötən ayla müqayisədə təxminən 2 bənd artım deməkdir.

Oktyabr ayından etibarən funt dollar və avrodan sonra ən populyar valyuta olub. Dollarla aparılan əməliyyatların payı 42,1 faizə, avro ilə aparılanlarınki isə 34,4 faizə qədər azalıb. Ödənişlərdə dördüncü yeri Yapon yeni tutur ki, bu ardıcıllığı müvafiq olaraq Çin yuanı, Kanada dolları və Avstraliya dolları davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et