Cari ilin sonuna qədər rublun məzənnəsinə hansı hadisələr təsir göstərə bilər? | Banco.az

Cari ilin sonuna qədər rublun məzənnəsinə hansı hadisələr təsir göstərə bilər?

Müəllif - Aida İsaq, Banco.az

Maliyyə analitiki Vladislav Antonov 2022-ci ilin sonuna qədər rublun məzənnəsinə təsir göstərəcək hadisələrdən danışıb.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, ixracatçılar tərəfindən əldə olunan valyuta gəlirlərinin satışı rublun məzənnəsini qoruyur. Məbləğ isə neft qiymətləri hesabına formalaşır. “Qara qızıl”ın dəyəri OPEK çərçivəsində hasilatın azaldılması və dekabrın 5-dən Avropanın Rusiya neftinin tədarükünə tətbiq edəcəyi qadağalar hesabına artacaq.

Bundan başqa, analitik ABŞ Federal Ehtiyat Sisteminin iclasının da milli valyutanın vəziyyətinə təsir göstərəcəyini qeyd edib. Dekabrın 16-da Rusiya Mərkəzi Bankının məzənnə ilə bağlı iclası da məzənnələrə təsirsiz ötüşməyəcək. 

Bundan əvvəl "Sovcombank"ın baş analitiki Mixail Vasilyev payızın sonuna qədər rublun məzənnəsinin bir dollar üçün 57-67 səviyyəsində olacağını proqnozlaşdırıb. Ekspertin sözlərinə görə, oktyabrın 17-dən başlayan vergi dövrü ilə əlaqədar olaraq rubl oktyabrın sonuna kimi möhkəmlənməyə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram