Müəllif: Tamara Mustafayeva, Banco.az
“Alibaba” şirkəti logistika fəaliyyətini genişlətmək üçün Latın Amerikası ölkələrinə üz tutur.
Banco.az xəbər verir ki, Çinin e-ticarət nəhəngi “Alibaba” öz ölkəsində ticarətin yavaşlaması və rəqiblərinin kəskin şəkildə artması səbəbindən marşrutunu Latın Amerikası ölkələrinə çevirib.
Belə ki, “Alibaba”nın logistika departamenti olan “Cainiao” biznesini genişləndirmək üçün evdən uzaqlara səyahət edir. Şirkət bu yaxınlarda Braziliyada ilk paket paylama mərkəzini işə salaraq Meksika və Çilidəki regional çeşidləmə mərkəzləri şəbəkəsinə yenilərini əlavə edib.
“Alibaba”nın Çindəki e-ticarət biznesi iqtisadiyyatın zəifləməsi və “Pinduoduo” kimi rəqiblərin birləşməsindən əziyyət çəkir. Qeyd edək ki, 2015-ci ildə yaradılan və 2018-ci ildə birjaya çıxan Çinin digər e-ticarət şirkəti “Pinduoduo” iş strategiyası və bəzi yenilikləri ilə bazarda sürətlə böyüməkdədir.
Alibaba Braziliyadakı yeni obyekti ilə ölkədəki varlığını daha da artırmağı planlaşdırır. Sözügedən plan yeddi əyalətdə daha doqquz distribyutor mərkəzi açmağı və növbəti üç il ərzində on şəhərdə 1000 “ağıllı şkaf” quraşdırılmasını ehtiva edir.
Qeyd edək ki, müştərilərə sifarişlərini götürməyə imkan verən ağıllı şkaflar hazırda Çində ümumi trendə çevrilib. Bu tətbiq Kovid-19 pandemiyası zamanı insan təmasını azaltmağa kömək etdi və kuryerlərin işini azaltdı.
Bizi sosial şəbəkələrdən izləyin!!