ZTE-nin təmiz gəliri 290% artmışdır | Banco.az

ZTE-nin təmiz gəliri 290% artmışdır

2 fevral 2018-ci il tarixində ZTE korporasiyası bildirmişdir ki, 2017-ci ilin nəticələrinə görə rabitə operatorları üçün avadanlıq buraxılışı üzrə bölmənin uğurları və biznesin istehlakçı istiqamətindəki artımı sayəsində onun təmiz gəliri 290%-dən çox artmışdır. 

2017-ci ildə ZTE birjada kotirovka olunan adi səhmlərin sahiblərinin hesabına 4,55 milyard yuan(720 milyon dollar) dəyərində təmiz gəlir əldə etmişdir. Beynəlxalq maliyyə hesabatlılığı standartına uyğun olaraq korporasiya gəlirini tam illik hesabatını dərc etdikdən sonra bildirmişdir. Hesabatda ZTE-nin satış həcminin 7,5% artaraq 108,82 milyard yuan(17,3 milyard dollar) təşkil etdiyi bildirilir.

Aşkar edilən məlumatlardan görünür ki, şirkətin maliyyə sağlamlığı ABŞ bazarında problemin həllindən sonra nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-cı ildə ZTE Amerika hökumətinin İran və Şimali Koreyaya tətbiq etdiyi ticarət embarqosundan yayınaraq adı çəkılən bu ölkələrə avadanlıq göndərdiyi üçün Amerika hökumətinə 892 milyon dollar ödəməli olmuşdur.

Şirkətdə bildirmişlər ki, maliyyə yüksəlişinə rabitə operatorlarının telekommunikasiya şəbəkəsinin tikintisi, biznesin istehlakçı istiqamətinin genişləndirilməsi, hökumət təşkilatlarının və korporativ müştərilərin sifarişi hesabına nail olunmuşdur. 2017-ci ildə bütün bu 3 istiqamət üzrə yüksəliş qeydə alınmışdır. Bundan əlavə ZTE nəqd pul axınını yaxşılaşdırmış və satışdan əldə etdiyi gəlirlərin idarəedilməsinin səmərəliliyini artırmışdır.

Ən sərfəli kredit üçün müraciət et

ZTE-də əlavə etmişlər ki, 2017-ci ilin maliyyə nəticələrinin ayrıca bölmələr üzrə məlumatları əks etdirən daha ətraflı təhlili yekun hesabatda təqdim ediləcəkdir. Bu hesabatın 15 mart 2018-ci il tarixində dərc ediləcəyi bildirilir.

Bununla yanaşı Jefferies analitik şirkətinin nümayəndəsi Edison Li(Edison Lee) ZTE-nin elan edilmiş nəticələrini onun əsas rəqibləri sayılan Nokia və Ericssonşirkətlərinin göstəriciləri ilə müqayisədə daha yüksək təəssürat yaratdığını bildirmişdir. Belə ki, South China Morning Post nəşrinin verdiyi məlumata əsasən 2017-ci ilin yekununa görə hər 2 şirkətin telekommunikasiya bazarında gəlirlərinin aşağı düşməsi qeydə alınmışdır. Nəşrin məlumatına görə ZTE-nin 2017-ci ildə təmiz gəlirə qayıtması xəbəri onun kotirovkasının artmasına səbəb olmuşdur. 2 fevralda Honq Konq birjalarında səhər kotirovkası zamanı şirkətin səhmləri 6,5% bahalaşmışdır.

digitalazerbaijan.az