"Zoom"un təsisçisi 6 milyard dollarlıq səhmini "hədiyyə" verdi | Banco.az

"Zoom"un təsisçisi 6 milyard dollarlıq səhmini "hədiyyə" verdi

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə xüsusilə populyarlaşan video-konfrans tətbiqi "Zoom"un təsisçisi və eyni zamanda CEO-su olan Erik Yuan sahib olduğu şirkət səhmlərinin 40%-ni əldən çıxarıb. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən rəsmi açıqlamaya görə, Yuan sözügedən 18 milyon ədəd səhmi adları elan edilməyən şəxs və ya qurumlara "hədiyyə" edib. Səhmlərin cümə günü bağlanış dəyəri 6 milyard dollar idi. 

Qeyd edək ki, 51 yaşlı Erik Yuan Zoom platformasını 2011-ci ildə təsis edib. Ancaq şirkətin əsas yüksəlişi pandemiyanın başlamasından sonra reallaşıb. Belə ki, "Zoom" iş və təhsil məqsədilə kütləvi formada istifadə edilməyə başlandığı üçün şirkətin səhmləri də ötən il 400% dəyər qazanıb.

Çin əsilli Amerikalı biznesmen Erik Yuan sonuncu səhm transferindən əvvəl "Bloomberg Milyarderlər İndeksi"ndə 15.1 milyard dollarla dünyanıb ən varlı 130-cu şəxsi idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et