"Zoom" şirkəti 1300 işçini ixtisar edəcək | Banco.az

"Zoom" şirkəti 1300 işçini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Onlayn video konfrans tətbiqi “Zoom” işçilərinin 15 faizinin işdən çıxarılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Zoom”un CEO-su  Erik Yuan işçilərə mesajında qeyd edib.

Onun sözlərinə görə, şirkət qlobal iqtisadiyyatın qeyri-müəyyənliyinə və bu vəziyyətinmüştərilərə təsirinə uyğunlaşmalıdır.

"Komandamızı təxminən 15 faiz azaltmaq və 1300-ə yaxın çalışqan, istedadlı həmkarımızla vidalaşmaq üçün olduqca çətin, lakin zəruri bir qərara gəldik”, deyə Yuan bildirib.

O həmçinin “Zoom”un ötən bir neçə ildə dünya miqyasında tanınan brendə çevrildiyinə, eləcə də müəssisələr və fərdlər üçün əvəzsiz əlaqə mənbəyi hesab edildiyinə diqqət çəkərək Kovid-19 pandemiyasının dünyanı təsiri altına aldığı ilk 24 ay ərzində şirkətin tələbi idarə etmək üçün 3 dəfə artım böyüdüyünü vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et